Məqsədimiz çap texnologiyasından əlçatan, sadə və rahat şəkildə istifadə etməyə kömək etməkdir.
Məhsul təklifləri

14 GÜN ƏRZİNDƏ GERİ QAYTARMA VƏ DƏYİŞDİRMƏ

Əgər onlayn aldığın məhsuldan razı qalmasan, alış tarixindən etibarən 14 gün ərzində məhsulu dəyişə və ya geri qaytara bilərsən.

Məhsulu geri qaytarmağın ən sürətli və asan yolu onu mağazaya gətirməkdir. Bu zaman məhsulu yerindəcə qaytara və ya istədiyin məhsul anbardadırsa, dərhal seçdiyin məhsulla dəyişdirə bilərsən.

 

Qeyd edək ki, qaytarılan və ya dəyişdirilən məhsulun vəziyyətinin qaydalara uyğunluğu yoxlanılır.

 

Xüsusi şərtlər:

  • İstifadəçi hesabı aktivləşdirilmiş məhsullar, aktivləşdirilmiş/yenilənmiş/dəyişdirilmiş proqram təminatı olan məhsullar proqram təminatı aktivləşdirilmiş məhsullar, aktivləşdirilmiş/yenilənmiş məhsullar zavod qüsuru olmadığı təqdirdə geri qaytarıla və ya dəyişdirilə bilməz.
  • İstifadə olunmuş məhsullar geri qaytarıla bilməz.
  • Qutudan çıxarılan bütün yeni məhsullar geri qaytarıla və ya dəyişdirilə bilməz.
  • İstehlak materialları geri qaytarıla bilməz.

Məhsullarda hər hansı zədə olarsa, əlavə geri götürmə haqqı tətbiq olunur. Diaqnostikadan sonra əlavə ödənişlər tətbiq oluna bilər.

Müştəri Xidmət Mərkəzi:

28 MAY mağazası: hər gün 10:00 - 19:00, bazar - qeyri-iş günü

 

Diqqət!

Məhsulu geri qaytararkən bütün orijinal, zədələnməmiş qablaşdırma və digər əlavələr də (təlimatlar, zəmanət kartları və orijinal qablaşdırmaya daxil olan digər əşyalar) qaytarılmalıdır.

Geri qaytarılan məhsulda çatışmayan əşyalar istifadə edilmiş komponentlər yenidən satışa uyğun hesab edilmir. Bu zaman müvafiq geri götürmə haqqı tələbi və ya ümumiyyətlə geri qaytarmadan imtina mümkündür.

Qaytarma prosesi zamanı bəzi məhsulların əlavə diaqnostikaya ehtiyacı ola bilər, bu halda əlavə vaxta ehtiyac olması ilə bağlı müştəriyə məlumat verilir. Diaqnostika bitdikdən dərhal sonra müştəri ilə yenidən əlaqə saxlanılır. Xatırlatmaq istərdik ki, əgər diaqnostika nəticəsində zavod qüsurları aşkar edilməsə və məhsulda istifadə əlamətləri aşkarlanarsa, onu geri qaytarmaq və ya dəyişdirmək mümkün olmayacaq.

 

GERİ GÖTÜRMƏ HAQQI:

www.PRINTFOR.az aşağıda qeyd olunan hallarda geri götürmə haqqını tələb etmək hüququnu özündə saxlayır. Geri qaytarılan məhsulda zədələnmə və ya baxımsızlıq qeydə alınarsa, müvafiq şəraitdən asılı olaraq geri götürmə haqqı tələb edilə bilər.

 

GERİ QAYTARMA VƏ DƏYİŞDİRMƏ QAYDALARI:

Əksər məhsullar üzrə standart qaytarma və dəyişdirmə qaydalarımız bəzi istisnalar olmaqla orijinal qəbzlə satın alındığı tarixdən etibarən onlayn satışlar üçün 14 gündür.

Geri qaytarma və dəyişdirmə məntəqələri Bakı ərazisində yerləşir. Məhsulun geri qaytarılması və dəyişdirilməsi üçün alıcılar bu şəhərdə yerləşən məntəqələrə yaxınlaşa bilərlər.

 

Aşağıda müvafiq məhsulunuzun geri qaytarma müddəti, şərt və tələbləri ilə tanış ola bilərsən.

 

KOMPÜTER, NOUTBUK, PRİNTER, PROYEKTOR, PLANŞET, SKANER VƏ S.

 

www.PRINTFOR.az -dan alınmış, açıldıqdan sonra işə düşməyən, zavod qüsuru olan və ya hələ də açılmamış qutuda olan yeni masaüstü kompüterlər, notbuklar və ya planşetlər, printerlər və digər elektronika satın alındıqdan sonra 14 gün ərzində geri qaytarıla və ya dəyişdirilə bilər.

 

Müştəri tərəfindən zədələnmiş, hər hansı bir hissəsi əksik olan və ya müştərinin müdaxiləsi nəticəsində satışa uyğun olmayan vəziyyətə düşən məhsullar üçün isə geri götürmə haqqı tələb edilə bilər.

 

Bütün elektronika məhsulları geri qaytarılmadan əvvəl zavod parametrlərinə sıfırlanmalı və daxil olunan hesablar, şifrə və s. kimi məlumatlar silinməlidir.

 

Cihazın səni tam qane etmirsə, aşağıdakı şərtlərə uyğun olaraq məhsulu dəyişdirə və ya qaytara bilərsən:

 

  • Məhsulu aldıqdan sonra 14 gün ərzində cihazı geri qaytara və ya dəyişdirə bilərsən.
  • Məhsulu geri qaytarmaq üçün cihaz və orijinal qəbz ilə mağazaya yaxınlaşmalısan.
  • Cihaz bütün orijinal qablaşdırma, təlimat və aksesuarlarla birlikdə satışa uyğun vəziyyətdə olmalıdır.
  • Cihazda istifadə əlaməti aşkarlanmamalıdır.

 

Cihazı geri qaytarmazdan əvvəl çəkilən bütün xidmət haqlarına görə müştəri məsuliyyət daşıyır. Printer məhsulları açıldıqdan və ya aktivləşdirildikdən sonra dəyişdirilə və ya geri qaytarıla bilməz.

Məhsuldan bütün məlumat və tətbiqlər silinməlidir. Unutma ki, geri qaytarılan məhsullarda qalan heç bir məlumat üçün məsuliyyət daşımırıq.

Xahiş edirik nəzərə alasan ki, məhsulda sən tərəfdən yaradılan kiçik qüsurlara görə geri götürmə haqqı tətbiq edilə bilər.

 

HƏDİYYƏ KARTLARI:

 

www.PRINTFOR.az xəbərdarlıq etmədən bu şərtləri dəyişdirmək hüququnu özündə saxlayır. Anlaşmazlıqlar və ya uyğunsuzluqlar olduqda “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunu əsasında “Qaytarma və Mübadilə Şərtləri” üstünlük təşkil edir.