Məqsədimiz çap texnologiyasından əlçatan, sadə və rahat şəkildə istifadə etməyə kömək etməkdir.
Məhsul təklifləri

PRINTFOR.az  İstifadəçi Razılaşması

 

Bu saytın (https://printfor.az/) bütün İstifadəçiləri üçün məcburi olan şərtləri ilə tanış olmanızı xahiş edirik. Nəzərə alın ki, bu saytdan istifadə etməklə, bu razılaşmada qeyd olunan şərtlərlə razılaşırsınız.

 

Terminlər:

  • Sayt – İnternet şəbəkəsində http://printfor.az/ (domenin bütün səviyyələri də daxil olmaqla) ünvanında yerləşən və interfeysin proqram təminatı, məlumatlar və qrafik tərtibatı (dizaynı) toplusundan ibarət elektron səhifə.
  • İstifadəçilər – Saytdan istifadə edən internet şəbəkəsinin istifadəçiləri.
  • Şəxsi kabinet – İstifadəçinin saytdakı şəxsi bölməsi.
  • Giriş – İstifadəçiyə unikal identifikator təyin etməklə, şəxsi kabinetə girişin təmin edilməsi prosesi.
  • Şəxsi məlumatlar – İstifadəçinin Sayta daxil olarkən və ya ondan istifadə edərkən özü haqqında müstəqil şəkildə təqdim etdiyi məlumat və ya məlumatlar toplusu, o cümlədən istifadəçinin saytdan istifadə prosesində də avtomatik olaraq administrasiyaya ötürülən şəxsi məlumatları, İP-ünvanı, cookie-məlumatları, istifadəçinin brauzeri haqqında məlumatlar və digər istifadəçi məlumatları.
  • Məlumat – İstifadəçi və ya administrasiya tərəfindən saytda yerləşdirilən istənilən məlumat.
  • Spam – kütləvi, icazəsiz və/və ya istifadəçilərin gözləmədiyi reklam, məlumat, təbliğat xarakterli və ya digər poçt göndərişləri.
  • Məhsul – Administrasiyanın saytda yerləşdirdiyi hər hansı məhsul, xidmət və ya iş.
  • Xidmətlər – Saytın istifadəçiləri üçün funksional imkanlar.
  • Endirim – Məhsullara nağd satışda tətbiq olunan. (qiymətinin aşağı salınması)

 

Ümumi müddəalar:

  • Bu Razılaşma Administrasiya və İstifadəçilər arasında münasibətləri tənzimləyir.
  • Bu Razılaşma İstifadəçilər tərəfindən Saytdan istifadə şərtlərini müəyyən edir.
  • Saytın materiallarından və xidmətlərindən istifadəsi bu Razılaşmanın normaları ilə tənzimlənir.
  • İstifadəçi Saytın xidmətlərindən istifadə etməklə, bu Razılaşmaya qoşulur və Saytın xidmətlərindən istifadə qaydalarına əməl etmək üçün onun şərtlərini və öhdəliklərini qəbul edir.
  • Administrasiya istənilən vaxt bu Razılaşmanın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir.
  • Razılaşmanın yeni redaksiyası saytda dərc edildiyi gündən etibarən qüvvəyə minir. İstifadəçi bu Razılaşmada dəyişikliklərin mövcud olub-olmadığına görə şəxsən məsuliyyət daşıyır.
  • Fərdi xidmətlərin göstərilməsi xüsusi qaydalar və/və ya razılaşmalarla tənzimlənə bilər.
  • Digər İstifadəçiləri yanıltmaq, çaşdırmaq və ya aldatmaq niyyəti ilə başqa adamların, qrupların və ya təşkilatın adından hərəkət etmək qadağandır.
  • Administrasiya bu Razılaşmanın şərtlərini, habelə digər şəxslərin hüquqlarını və ya mövcud qanunvericiliyin müddəalarını pozan İstifadəçinin xidmətlərə çıxışını dayandırmaq və/və ya İstifadəçini bloklamaq hüququnu özündə saxlayır. Bloklanmış İstifadəçi Saytın funksionallığından istifadə etməkdə məhduddur.

 

Ödəniş:

Saytda İstifadəçiyə seçilmiş Ödənişli xidmətlərin aktual qiyməti barədə vizual məlumat veriləcəkdir. Saytda göstərilən bütün qiymətlər ƏDV-nin (əlavə dəyər vergisi də daxil olmaqla) milli valyutada ifadə olunan ƏDV-nin nəzərə alındığı qiymətlərdir.

 

Kommunikasiya:

  • Administrasiya İstifadəçilərə Saytın fəaliyyəti, reklam və xəbər göndərişləri, Saytın yeni funksiyaları və s. ilə bağlı İstifadəçilərin göstərdiyi elektron poçt ünvanlarına və ya telefon nömrələrinə həmçinin Saytın özündə də təkrarlanmış ola biləcək elektron məktublar və/və ya qısa mesajlar (SMS-mesajları) göndərmək hüququnu özündə saxlayır.
  • İstifadəçinin Sayt Administrasiyası ilə yazışmaları Saytda göstərilən elektron poçt ünvanı qutusundan istifadə etməklə həyata keçirilir.
  • İstifadəçi istənilən vaxt müvafiq sorğu göndərməklə, telefon nömrəsinə və ya elektron poçt ünvanına mesaj göndərilməsindən imtina edə bilər.