PRİNTERLƏR ÜÇÜN ZƏMANƏT ŞƏRTLƏRİ
Hörmətli müştəri, məhsulumuzu seçdiyiniz üçün təşəkkür edirik. Aşağıda printerlərə tətbiq olunan zəmanət şərtləri ilə tanış ola bilərsiniz.
Zəmanət müddəti Bütün printer modellərinə satış tarixindən etibarən 12 (on iki) ay zəmanət verilir. Zəmanət müddəti kassa çeki və ya elektron qaimə-faktura üzərində göstərilən alış tarixindən başlayır.
Zəmanətə daxil olan hallar
- İstehsalçı qüsuru nəticəsində yaranan nasazlıqlar
- Printerin normal istifadə şəraitində özbaşına işləməməsi
- Elektron platalarda zavod qüsurundan yaranan problemlər
Zəmanətə daxil olmayan hallar
- Mexaniki zədələr (düşmə, zərbə, sıxılma və s.)
- Rütubət, su və ya digər mayelərin təsiri nəticəsində yaranan nasazlıqlar
- Qeyri-orijinal kartric, toner və ya ehtiyat hissələrinin istifadəsi
- Elektrik gərginliyinin normadan kənara çıxması nəticəsində yaranan zədələr
- İstifadəçi tərəfindən icazəsiz təmir və ya müdaxilə cəhdləri
- Seriya nömrəsi silinmiş, dəyişdirilmiş və ya oxunmaz vəziyyətdə olan məhsullar
Zəmanət xidmətindən yararlanmaq üçün tələb olunan sənədlər
- Zəmanət talonu
- Alışı təsdiq edən qəbz və ya faktura
- Məhsulun original qablaşdırması (tələb olduqda)
Müraciət qaydası Nasazlıq aşkar edildikdə müştəri xidmətləri xəttimizlə əlaqə saxlamalı və ya rəsmi servis mərkəzinə müraciət etməlidir. Diaqnostikadan sonra nasazlığın zəmanət şərtlərinə uyğunluğu müəyyən ediləcək və müvafiq tədbir görüləcəkdir (təmir, hissə dəyişimi və ya məhsulun əvəz edilməsi).
Əlavə qeydlər
- Zəmanət yalnız Azərbaycan Respublikası ərazisində satılmış məhsullara şamil edilir.
- Servis müddəti orta hesabla 7–14 iş günüdür.
- Zəmanət kartı olmadan müraciətlər qəbul edilməyə bilər.